Bakı klubundan ayrıldı, Portuqaliya təmsilçisi ilə anlaşdı

Ötən mövsüm "Səbail"in aparıcı oyunçularından olmuş Qustavo Fransa yayda klubdan göndərildi.

Newsport.az-ın məlumatına görə, braziliyalı müdafiəçi "Vilaverdense" ilə anlaşıb.

Adıçəkilən klub Portuqaliya aşağı liqasında çıxış edir. "Vilaverdense" beş turdan sonra bir xala malikdir. 

Qustavo Portuqaliya təmsilçisi ilə bir illik müqaviləyə qol çəkib. 27 yaşlı futbolçu ötən yay "Səbail"ə "Leykşoeş"dən gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right