Adil Şükürov:"Futbolçularım arasında mübahisə olmadı"

"Əzmkar oyuna görə futbolçularımı təbrik edirəm. Oyundan oyuna irəliləyiş var. Bunun fonunda çatışmazlıqlarımız da mövcuddur ki, onu aradan qaldırmalıyıq". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov “Rəvan"a qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

-Oyun boyunca dəfələrlə futbolçular arasında qalmaqal yaşandı.Bu o.deməkdir ki,komanda daxilində nizam intizam problemi var?

-Oyun zamanı bizə dəstək olan azarkeşlərə minnətdaram. Matçın gedişində futbolçularım arasında mübahisə olmadı, sadəcə olaraq, biri-birini eşitmədilər. 

-Bu günki qələbəni necə şərh edərdiz,komandanız güclü oynadı ya "Rəvan" zəif cıxış etdi?

-Çox qol vəziyyəti yaratsaq da, bunların yalnız ikisindən istifadə edə bildik. Düşünürəm ki, yaxşı futbol oynayıb, qələbə qazandıq. “Rəvan” da pis oynamadı. Düşünürəm ki, qısa zamanda “Rəvan” mübariz komanda kimi formalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right