"Qarabağ" - "Sumqayıt" oyununun yeri dəyişdirildi

“Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, klub Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan Azərbaycan Premyer Liqasının 8-ci turununn “Qarabağ” – “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılması xahişi ilə çıxış edib.

“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL  “Qarabağ” – “Sumqayıt”  oyunun “Azersun Arena”da  keçirilməsinə qərar verib. Görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur. Maçt setyabrın 29-u oynanılacaq və saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right