Azərbaycan Premyer Liqasının VII turunda “Sumqayıt”la keçirilən oyun “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev üçün əlamətdar olub. Newsport.az xəbər verir ki, qolsuz bərabərliklə başa çatan qarşılaşma müdafiəçinin ölkə çempionatlarında 250-ci oyunu olub.
31 yaşlı oyunçu geridə qalan müddətdə rəqib qapılarından 11 top keçirib. O, ölkə çempionatları tarixində 250 oyuna çatan 71-ci oyunçu olub.
Əliyev Premyer Liqada 2011-12 mövsümündə “Bakı”nın heyətində debüt edib. Azərbaycan millisinin sabiq üzvü karyerası ərzində 6 klubun formasını geyinib. O, “Bakı”da 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Şamaxı”da 45 (2 qol), hazırkı klubunda isə 39 oyunda (4 qol) çıxış edib.