“Musa son dərəcə iddialıdı. Həmişə daha yaxşı olmaq istəyir”. Newsport.az xəbər verir ki, bunu “Yurqorden”in kapitanı Maqnus Eriksson deyib.
33 yaşlı yarımmüdafiəçi son vaxtlar qol vurmaqda çətinlik çəkən azərbaycanlı hücumçunun bunun öhdəsindən gələcəyinə inanır.
İsveç millisinin üzvü Musanın öz üzərində çalışdığını söyləyib: “Bizim üçün önəmli olan onun ən yaxşı vəziyyətə gəlməsinə kömək etməkdi. Musa qapı qarşısında zəhmlidi. Onun yüksəlişə meyli və qol vurmaq bacarığı var. Sadəcə, milli komandanın düşərgəsinə yollandı, irəli-geri səyahətləri oldu. Ancaq artıq bir müddətdi bizimlədi. Məncə, Musa komandada qollar vurmağa hazırdı”.
Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm İsveç çempionatında 7 oyunda iştirak edib, aktivinə 2 qol yazdırıb