Azərbaycan millisi uduzdu, aşağı diviziona düşdü

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında sonuncu oyununu keçirib.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, Moldova yığması ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Moldova yığması yekunda 4:1 hesabı ilə qələbə qazanıb.

Millimizin qollarını Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Yekunda Superfinalı 14-cü pillədə tamamlayan komandamız A Divizionundakı yerini itirərək B Divizionuna düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right