"Heyətimizdə bəzi problemlər vardı"

“Mən oyundan və nəticədən razıyam. Heyətimizdə bəzi problemlər vardı. Rauf Əliyev zədə səbəbindən oyunda iştirak edə bilmirdi. İvan Benitez və Səlahət Ağayevin də problemləri var”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze AZAL-la oyundan (1:0) sonra deyib.

Gürcüstanlı mütəxəssis görüşü belə şərh edib: “AZAL kimi komanda ilə oynamaq çətindir. Bütün bunlara baxmayaraq, yaxşı nəticə qazandıq və çox sayda qol epizodları yaratdıq. Çalışacağıq ki, növbəti oyunlarda da qələbələr əldə edək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right