Vüsal oynadı, komandası qələbə qazandı

Albaniya Superliqasında 5-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” evdə "Laçi" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İsgəndərli start heyətdə meydana daxil olub və 81-ci dəqiqədə hesab 2:0 olarkən əvəzlənib.

Bu nəticədən sonra “Eqnatiya” 10 xalla (5 oyun) turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. "Tirana" 10 xalla (5 oyun), "Partizani" 8 xalla (4 oyun) 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right