"Sabah" "Kəpəz"lə heç-heçə etdi, "Səbail" "Araz-Naxçıvan"a qalib gəldi Yenilənib

Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, 2-ci gündə 2 matç oynanılacaq. Əvvəlcə ötən mövsümün 2-cisi olan "Sabah" "Kəpəz"i qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Günün digər matçında isə "Araz-Naxçıvan" "Səbail"in qonağı olacaq. Matç saat 19:30-da start götürəcək.

Qeyd edək ki, tur ötən gün keçirilən 2 oyunla başlayıb. Tura sabah yekun vurulacaq.

24 sentyabr (bazar)

17:00. “Sabah” – “Kəpəz” 2:2

Qollar: Con İrasabal, 24, Boyan Letiç, 51 (pen) - Abullahi Şuaybu, 8, Giorgi Papunaşvili, 61
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov
“Bank Respublika Arena”

19:30. “Səbail” – “Araz-Naxçıvan” 1:0

Qol: Pedro Nuno, 45+2
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
“ASCO Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right