"Qəbələ"nin forvardı: "Qarabağ"la matçda qələbə qazanmaq istəyirik"

"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov açıqlama verib.

Newsport.az-ın məlumatına görə, bölgə klubunun futbolçusu komandasının Premyer Liqanın 6-cı turunun "Turan Tovuz"la görüşünü şərh edib.

Bununla yanaşı, İsgəndərov iki gündən sonra "Qarabağ"a qarşı baş tutacaq matçdan gözləntilərini bölüşüb:

"Tovuzda ağır oyun keçirdi. Çünki liqanın liderlərindən birinə qarşı oynadıq. Süni örtüklü meydanda mübarizə aparırdıq. Həm də, rəqibin yaxşı azarkeşləri var. Bunlar hamısı çətinlik yaradır. Üstəlik, biz hesabda 0:2 geri düşmüşdük. Bəxtimiz gətirmirdi, ancaq sonda 2:2 oynadıq və bir xal qazandıq. Vacib xal əldə etdik. Əslində, biz bu cür "come back"ları çox etmişik".

"Qəbələ”nin hücumçusu “Qarabağ”la matçda qələbə üçün oynayacaqlarını deyib: “Qarabağ”ın gücü onsuzda hamıya məlumdur. Biz yaxşı hazırlaşmışıq, bunu davam etdiririk. “Qarabağ”la matçda qələbə qazanmaq istəyirik. Ümidvaram ki, istədiyimizi əldə edə biləcəyik”.

sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right