"Qəbələ" yenicə heyətin qatdığı futbolçuların adlarını Peşəkar Futbol Liqqasına təqdim etdiyi sifariş vərəqəsinə əlavə edib.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" 2 milli fytbolçunu sifariş edib.
"Xəzər Lənkəran"a qoyulan transfer qadağası ilə əlaqədar cənub klubunu tərk edən Ruslan Abışov və Vüqar Nadirov artıq bu tur "Qəbələ"nin formasıyla meydana çıxa bilər. Adıçəkilən oyunçular artıq ilk seçimlərini də edib: Ruslan "87", Vüqar isə "17"ni seçib. Başqa sözlə, onlar bu nömrə altında çıxış edəcək.
Qeyd edək ki, Vüqar Nadirov ilin, Ruslan Abışov isə mövsümün sonuna qədər "Qəbələ" ilə anlaşıb.