zərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki maraqlı açıqlama verib.
Newsport.az-ın məlumatına görə, yığmamızın çalışdırıcısı bunları bildirib:
"PAOK-un baş məşqçisi İqor Tudorla Xorvatiya millisında birgə çıxış etmişik. PAOK-un "Qəbələ" ilə oyununa gəlməsindən istifadə edib, keçmiş komanda yoldaşımı ziyarət etdim. Ümid edirəm ki, İqor Tudor PAOK-un karyerasında dərin iz buraxacaq. İqor həm yaxşı insan, həm də güclü mütəxəssisdir".
"İndi Azərbaycan millisində çalışıram və burada işlərim heç də pis getmir. Dörd matçda hələ də məğlub olmamışıq. "Qəbələ" və "Qarabağ" klubları qrupda mübarizə aparır. Bu hal isə Azərbaycan kimi ölkə üçün yaxşı göstəricidir. İndi üzərimizə düşən əsas vəzifə budur ki, Azərbaycanlı istedadlı futbolçuları üzə çıxarıb, onları daha da təkminləşdirək".