“Zirə” əsasnaməni pozdu, texniki məğlubiyyət alacaq

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında V tur çərçivəsində dünən keçirilən "Zirə” – "Rəvan” matçında limit pozuntusu qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, buna ev sahiblərinin bolqarıstanlı baş məşqçisi Kamen Vasilyevin heyəti düzgün müəyyənləşdirməməsi səbəb olub. 
 
Belə ki, Əsasnaməyə uyğun olaraq, komandaların heyətində meydançada 8 nəfərdən az olmayaraq 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçular daxil edilməlidi. Ancaq əcnəbi çalışdırıcı bu qaydaya əməl etməyib. O, bir nəfəri "ixtisar”a salaraq, limiti pozub. Bu isə 1:0 hesabı ilə qalib gələn "Zirə”yə texniki məğlubiyyət veriləcəyi deməkdir. 
 
Qayda pozuntusuna sentyabrın 22-də keçiriləcək İntizam Komitəsinin iclasında baxılacaq və müvafiq qərar veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right