"Qarabağ"ın təzyiqi ilk hissə ərzində davam etdi"

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin I turunda Norveç "Molde"si üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Newsport.az xəbər verir ki, norveçli veteran futbolçu Roar Stokke "Viaplay"a açıqlamasında görüşü dəyərləndirib:
 
"Meydan sahiblərinin təzyiqi ilk hissə ərzində davam etdi. "Molde" isə ilk 45 dəqiqədə hücum oyunu qura bilmədi. Fasiləyə az qalmış Azərbaycan təmsilçisinin təzyiqi artdı. Yalnız "Molde"nin qapıçısı Karlström meydan sahiblərinin fasiləyə üstün yollanmasına mane oldu". 
 
64 yaşlı mütəxəssis "Molde"nin müdafiə xəttinin çıxışına təəccübləndiyini qeyd edib: "Bütün oyunçular topa baxır, Kaasa isə cərimə meydançasında təhlükəli oyunçunun olduğunu çox gec görürdü". 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right