Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) Konfrans Liqasında qrup mərhələsində ilk görüşünü keçirib.
Newsport.az xəbər verir ki, Xorvatiya çempionu C qrupunun görüşündə "Astana"nı qəbul edib.
Qarşılaşma xorvatiyalıların 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxmış Mahir 65-ci dəqiqədə əvəzlənib.