FİFA-nın yeni reytinq cədvəli açıqlandı Millimiz hansı pillədədir?

FİFA milli komandalarının sentyabr ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlayıb.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandası iyun ayından bu yana tərk edə bilmədiyi 121-ci pillədə qalıb. Bununla yanaşı, millimiz aktivindəki xalların sayını 1143,22-dən 1147,69-a yüksəldib.

Əvvəlki iyul yeniləməsindən sonrakı dövr ərzində Azərbaycan komandası iki oyun keçirib: AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə (0:1) oyunu və İordaniyaya qarşı yoxlama matçı (2:1).

Azərbaycanın ən yaxın izləyicisi Tanzaniya (1146,46) millisidir. Yığmamızdan bir üst pillədə isə Kipr millisi (1155,95) qərarlaşıb.

FİFA reytinq cədvəlinin ilk on sıralaması belədir:

Argentina (1851,41), Fransa (1840,76), Braziliya (1837,61), İngiltərə (1794,34), Belçika (1792,64), Xorvatiya (1747,83), Hollandiya (1743,15), Portuqaliya (1728). (1727,37), İspaniya (1710,72).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right