“Araz-Naxçıvan” Misli Premyer Liqasının VII turunda “Səbail”lə keçiriləcək oyuna hazırlaşır.
Newsport.az xəbər verir ki, komanda günü Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında bir məşq keçməklə tamamlayacaq.
Naxçıvan təmsilçisinin zədəli oyunçuları da artıq sıraya dönüb. Belə ki, “Neftçi” ilə qarşılaşmada xəsarət alan Vadim Abdullayev, eyni zamanda U-21-in düşərgəsində zədələnən Abdulla Rzayev bu gündən məşqlərdə iştirak edəcəklər. Əvəzində əvəzedicilərin oyununda zədələnən qapıçı Vüsal Şabanov bir müddət müalicə alacaq.
Qeyd edək ki, “Səbail” – “Araz-Naxçıvan” oyunu sentyabrın 24-də “ASCO Arena”da keçiriləcək.