Asiya Çempionlar Liqasının qrup mərhələsində 1-ci turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" bu gün qrupda ilk oyununa çıxıb.
Tailand təmsilçisi öz meydanında Çinin "Zhejyanq" klubu ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb. Ramil Şeydayev ilk 11-likdə meydana çıxıb. O, 73-cü dəqiqədə, hesab 4:1 olarkən əvəzlənib.
Bu, Şeydayevin Asiya Çempionlar Liqasında ilk oyunu olub.