Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında növbəti oyununu keçirib.
Newsport.az xəbər verir ki, Rumıniya yığması ilə oyun rəqib komandanın 4:2 hesablı qələbəsilə ilə başa çatıb. Millimizin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurub.
Komandamız turnirdə növbəti oyununu sabah İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.