Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununu keçirib.
Newsport.az xəbər verir ki, Zeynal Zeynalovun başçılıq etdiyi komanda Türkiyə yığması ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Seçməmiz rəqibini penaltilər seriyasında məğlub edib - 3:1.
Qeyd edək ki, millimiz II turda, sentyabrın 20-də Rumıniya ilə üz-üzə gələcək.