De Byazi özünü polşalılara təklif edib

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin Polşa millisinin sükanı arxasına keçmək şansı artır.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, Polşa Futbol Assosiasiyası öz xidmətini təklif edən mütəxəssislə danışıq aparmağa hazırdır.

Fernando Santosu istefaya göndərən assosiasiya oktyabrda keçiriləcək rəsmi matçlara qədər yeni çalışdırıcını açıqlamağı planlaşdırır. Bir neçə yerli məşqçi ilə yanaşı, de Byazi də namizədlər siyahısında yer alır. Polşa Futbol Assosiasiyasının prezidenti müsbət rəy versə, de Byazi komandanı qəbul etməyə hazırdır.

Qeyd edək ki, Canni de Byazinin AFFA ilə müqavilə müddəti AVRO-2024-ün seçmə mərhələsinin sonuna qədərdir. Onun əvvəllər də Polşa millisinə namizədliyi barədə xəbərlər yayılmışdı.

Maraqlıdır ki, indi yayılan xəbərlərdə italiyalının özünü polşalılara təklif etdiyi deyilir. Yəni, Polşa Futbol Assosiasiyası məşqçi ilə maraqlanmayıb, de Byazi özünü təklif edib. Görünür, uğursuz dönəmdən sonra bir daha Azərbaycanda qala bilməyəcəyini anlayan Canni gələcəyini düşünür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right