"Araz-Naxçıvan" Fransa U-21 millisinin keçmiş üzvünü transfer etdi

“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Aksel Nqando ilə anlaşıb. Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır.Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztepe”sində də oynayıb. Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.

Qeyd edək ki,  "Araz-Naxçıvan" indiyədək Vanderson Kavalkante Melo, Nuno Miguel Rodriguesi, Semir Bukviç,  Turan Manafov ("Səbail"dən icarəyə götürülüb), Nihat Qurbanlı ("Səbail"dən icarəyə götürülüb), Nicat Süleymanov ("Kəpəz"dən icarəyə götürülüb), Elçin Mustafayev ("Şamaxı"dan icarəyə götürülüb),  Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Numan Kurdiç, Zamiq Əliyev, Muhammed Kadiri,  İsmail Azzaoui, Elvis Maşike və Kristian Avramı da transfer edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right