Xəbər verdiyimiz kimi, Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilib.
Newsport.az-ın xəbərinə görə, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin də formasını geyindiyi “Tuzlaspor” evdə “Adanaspor”la qarşılaşıb. "Tuzlaspor" 2:1 hesablı qələbəyə sevinib. Həsənəlizadə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 30 yaşlı müdafiəçinin 70-ci dəqiqədə vurduğu qol “Tuzlaspor”a 3 xal qazandırıb.
Bu, “Tuzlaspor”un cari mövsümdə ilk qələbəsi olub. “Tuzlaspor” hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.