"Neftçi" Azərbaycan millisinin futbolçusunu transfer etməyi planlaşdırır

"Neftçi" legioner transferləri ilə yanaşı, heyətinə azərbaycanlı futbolçu da cəlb etmək istəyir.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar”ın transfer siyahısında yer alan yerli futbolçulardan birincisi Emil Səfərovdur. "Neftçi" hazırda "Qəbələ"nin formasını geyinən 20 yaşlı futbolçunu mövsümün sonunda heyətinə qatmağa çalışacaq.

Səfərovun "Qəbələ" ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq. Gənc futbolçu bu il, daha dəqiq desək, AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan – Belçika(0:1) görüşündə yığmamızın heyətində debüt edib.

İddialara görə, Emil “Qarabağ”ın da transfer siyahısındadır. 

sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right