Ayaz Quliyev "Qarabağ"la matçda meydana çıxacaq?

Bu gün “Sabah” yeni transferi Ayaz Quliyevin 2023/24 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsi üçün sifariş edib.

Newsport.az xəbər verir ki, belədə, Ayaz Quliyevin Premyer Liqanın 6-cı turunda “Qarabağ”la görüşdə meydana çıxmasında problem qalmayıb. 

"Qarabağ" - "Sabah" matçı sentyabrın 17-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 19:30-da başlayacaq.

Yarımmüdafiəçi artıq “Sabah”ın heyətində yoldaşlıq görüşündə debüt edib. O, sentyabrın 9-da “Sabah” – “Turan-Tovuz” (2:3) görüşündə meydana çıxıb.Qeyd edək ki, “Spartak”, “Anji”, “Rostov”, “Arsenal”(Tula), “Ximki” klublarının formasını geyinmiş Ayaz “Sabah”la üç illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right