Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Hatayspor”la rəsmi müqavilə imzalaya bilər.
Newsport.az saytına verilən məlumata görə, 24 yaşlı futbolçu qışa qədər özünü yaxşı tərəfdən göstərə bilsə, Superliqa təmsilçisi onun transfer hüquqlarına sahib çıxmaq üçün “Qrasshopper”lə danışığa start verəcək. Əslində, yayda icarə müqaviləsi imzalanan vaxtı tərəflər arasında Dadaşovun transferi ilə bağlı məsələ də, müzakirə edilib.
"Hatayspor" Dadaşovdan performans baxımından gözlədiyini ala bilsə, onun üçün qarşı tərəfə 1,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Renatın "Qrasshopper"lə müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. O, bu yay mövsümün sonuna qədər "Hatayspor"a icarəyə verilib.