UEFA Ermənistana intizam işi açdı

UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.

Newsport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Ermənistan Futbol Federasiyası Avro-2024-ün seçmə mərhələsində İrəvanda Xorvatiyaya qarşı matçda qaydaların pozulmasına görə ittiham olunub. Sözügedən oyununda stadionda ictimai keçidlər bağlanıb, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajlar verilib, həmçinin azarkeşlər protexniki vasitələrdən istifadə ediblər. Bundan əlavə, matç nəzərdə tutulduğu vaxtdan gec başladığı üçün Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov da cəzalandırıla bilər.

Qeyd edək ki, Xrovatiyaya qarşı görüşdə ermənilər dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. AFFA bunun ardından bəyanat yayıb və məsələ ilə əlaqədar UEFA-ya müraciət ediləcəyini bildirib.

Xatırladaq ki, oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right