Əlcəzairli futbolçu: "Sabah"ın tarixi uğurlarında pay sahibi olmaq istəyirəm"

"Burada əsas məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdır".

Newsport.az xəbər verir ki, bunu "Sabah"ın yeni transferi İshak Belfodil klubun mətbuat xidmətinə açıqlamasında deyib.

31 yaşlı əlcəzairli hücumçu oyuna çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib: "Burada olmaqdan çox şadam. “Sabah” gənc klubdur. Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm. Mən və komanda var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək".

Qeyd edək ki, "Sabah" Belfodillə 2+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right