Şahruddin Qurban Qurbanov haqqında bu sözləri yazdı Foto

Türkiyənin “Adana Demirspor” klubuna transfer olunan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev instaqram hesabında paylaşım edib.
 
Newsport.az xəbər verir ki, o, paylaşımda Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanova təşəkkürünü çatdırıb. 
 
Ş.Məhəmmədəliyev təcrübəli məşqçiyə bunları yazıb: “Mənə qarşı xoş münasibətinizi və əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm. Hər şey üçün çox sağ olun, hoca. Allah sizdən razı olsun”.
 
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev bu gün yeni klubunun düşərgəsinə qoşulacaq. 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right