"Azərbaycandakı şərait işimizi çətinləşdirdi" Belçikalı futbolçu

Belçika yığmasının futbolçusu Leandro Trossard AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan (1:0) və Estoniya (5:0) ilə keçirilən oyunları dəyərləndirib. Newsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Bakıdakı qarşılaşmada çətinliklərlə üzləşdiklərini etiraf edib.
 
O, “Dalğa Arena”dakı meydançanın durumunu xüsusi vurğulayıb: “Azərbaycanda keçirilən oyun zamanı şərait işimizi çətinləşdirdi. Çünki bizim kimi texnikalı komanda belə durumda kombinasiyalı futbol sərgiləyə bilmir. Ancaq Estoniya ilə qarşılaşmada yaxşı meydanda necə oynaya bildiyimizi göstərdik. Bu iki qələbə bizi final mərhələsinə bir qədər də yaxınlaşdırdı”.
 
Futbolçu baş məşqçi Domeniko Tedeskonun onu təriflədiyini də sözlərinə əlavə edib: “Baş məşqçinin mənə güvəndiyini hiss edirəm. Tedesko Azərbaycanla matçı yaxşı keçirdiyimi dedi”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right