"Səbail" rəhbərliyi komanda ilə görüşdü FOTOLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin və “Səbail”in Müşahidə Şurasının sədri Rauf Vəliyev klubun rəhbər heyəti, məşqçiləri və futbolçuları ilə görüşüb.

Newsport.az-ın məlumatına görə, R.Vəliyev klubda islahatların uğurla davam etdirildiyini, oyunçu heyətinin yeniləndiyini diqqətə çatdırıb.

O bildirib ki, əsas məqsəd raqəbət apara biləcək güclü komandanın formalaşdırılmasıdır. Son oyunların nəticələrinin ürəkaçan olduğunu söyləyən Müşahidə Şurasının sədri “Səbail”in bundan sonra da gözləntiləri doğruldacağına inandığını bildirib. O, qarşıya qoyulan strateji hədəflərdən danışaraq, “Səbail”in gücləndirilməsi, sabit oyun nümayiş etdirməsi və uğurlu nəticə göstərən komanda kimi formalaşması üçün ASCO-nun lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Müşahidə Şurasının sədri həmçinin klubdakı problemlərə toxunub və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məşqçi heyətinə müvafiq tapşırıqlarını verib.

Rauf Vəliyev “Səbail”ə növbəti oyunlarda uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right