AFFA İrəvandakı təxribata görə UEFA-ya şikayət edəcək

Xəbər verdiyimiz kimi, futbol üzrə Avro-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıblar.

Oyunun ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

Newsport.az-ın məlumatına görə, məsələ ilə əlaqədar AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli öz sosial media hesablarında paylaşım edib. O, hadisə ilə bağlı AFFA-nın UEFA-ya müraciət edəcəyini bildirib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right