"Qarabağ"ın müdafiəçisi bu ay komandasına kömək edə biləcək

"Qarabağ" və Azərbaycan millisinin komandasının müdafiəçisi Abbas Hüseynov zədəsini tam olaraq sağaldıb. 

Newsport.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçu artıq fərdi məşqlərə start verib.

Onun iki həftədən sonra kollektivlə birgə məşqlərə başlayacağı gözlənilir. Hüseynov "Qarabağ"ın sentyabrın son həftələrindəki matçlarında meydana çıxa biləcək.

Qeyd edək ki, Abbas 2022/2023 mövsümünün qış hazırlıq dövründə dizindən zədələnərək uzunmüddətli sıradan çıxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right