“Qarabağ” Şahruddinlə vidalaşdı

“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

Qapıçıya xidmətlərinə görə təşəkkür edilib.

Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adan Demirspor” klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən Ağdam klubunda çıxış edirdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right