"Neftçi" Lukas üçün Argentina klubuna nə qədər ödəyib?

Argentinalı hücumçu Lukas Melanonun transferi "Neftçi" üçün təmənnasız başa gəlməyib.

Newsport.az "Semanario de Junin"ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 30 yaşlı hücumçu üçün "Atletiko Sarmiento"ya 50 min dollar (təxminən 85 min manat) ödəyib.

Qeyd edək ki, Melano tibbi müayinədən keçmək üçün yaxın günlərdə Bakıya gələcək.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right