"Kəpəz" "Səbail"lə oyunun hazırlıqlarına start verdi

İki günlük istirahətin ardından "Kəpəz" dünəndən məşqlərə başlayıb.

Newsport.az-ın məlumatına görə, futbolçular məşqçilər korpusunun təlimatları əsasında gündə iki dəfə olmaqla hazırlıq keçirlər.

Milli komandaların seçmə oyunları səbəbindən çempionatda yaranan fasiləyə görə Gəncə təmsilçisi yoxlama oyunu keçirəcək. Rəqib I Liqa təmsilçisi "Zaqatala" olacaq. Gəncə şəhər stadionunun ev sahibliyi edəcəyi görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasının 6-cı turunda doğma meydanda "Səbail"i qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right