"Avropada nə qədər çox nümayəndəmiz olsa, futbolumuz üçün yaxşıdır"

"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.

Newsport.az-ın məlumatına görəA.Əsgərov bununla bağlı Qol.az saytına açıqlama verib.

O, əvvəlcə Avropa Klublar Birliyində fəaliyyətə başlaması haqqında və İcraiyyə Şurasına üzvlük üçün namizədliyini irəli sürməsi barədə danışıb: "2017-ci ildən Avropa Klublar Birliyinin üzvüyəm. 2019-cu ildə ECA-nın İşçi Qrupunun sədr müavini seçildim. Orada müxtəlif layiələr üzərində aktiv fəaliyyət göstərirdik. 2023-cü ildə İcraiyyə Şurasına seçkilər keçirilməli idi. Buna görə də neçə aydır, hazırlıqlar gedirdi. Avropa Klublar Birliyinin ali rəhbərləritərəfindən belə məsləhət oldu ki, mən namizədliyimi irəli sürsəm, yaxşıdır. Namizədliyimi irəli sürdüm, bir az işlədik, bu gün də belə nəticə aldıq".

O, İcraiyyə Şurasına üzvlük üçün cəmi 2 yerin olduğunu və onlardan birinə özünün seçildiyini qeyd edib: "4 fərqli Sab-qrup var. Onlar ölkə reytinqinə görə tənzimlənirlər. UEFA reytinqində 29-55-ci yerlərdə olan ölkələrin klublarının namizədi kimi mən təqdim olunmuşdum. Orada 2 yer var idi. Allaha şükürlər olsun ki, o iki yerdən birinə mən seçildim. Səsverənlər də 29-55-ci yerlərdəki ölkələrin ən reytinqli klubları idi".

A.Əsgərov qeyd edib ki, Avropa Klublar Birliyində növbəti ildən yeni sistemin tətbiq olunması planlaşdırılır: "Avropa Klublar Birliyi Avropada futbol klublarını birləşdirən yeganə qurumdur. Avropa Klublar Birliyinin verdiyi bütün qərarlar UEFA-da qeydsiz, şərtsiz qəbul olunur. Klublara aid bütün məsələlərin layihəsi Avropa Klublar Birliyi tərəfindən hazırlanır və təsdiqlənir. Növbəti ildən yeni bir sistemə keçilməsi, qrupların ləğv olunması, klubların sayının artırılması, maliyyə tərəfdən klubların dəstəklənməsi planlaşdırılır. Həm akademiyaların, hüquq tərəfdən məsələlərin tənzimlənməsi Avropa Klublar Birliyinin öhdəliyindədir".

O, sonda azərbaycanlı nümayəndələrin Avropa futbol qrumlarında yüksək vəzifələrdə çalışmasının vacib olduğunu qeyd edib: "Bu barədə nəsə desəm, düzgün anlaşılmaya bilər. Ona görə bu haqda cavab verməsəm, daha yaxşıdır. Amma əlbəttə ki, klublarımızın Avropada müxtəlif komitələrdə, işçi qruplarında daha çox təmsil olunması yaxşıdır. Bunun vasitəsi ilə də Avropa futbol ailəsinə inteqrasiyamızı təmin etməyə çalışmalıyıq. Avropada nə qədər çox nümayəndəmiz olsa və bir-birimizi dəstəkləsək, bir o qədər də futbolumuz adına da müsbət təsir olar. Çünki idarəçilik vacibdir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right