Reziuanın menecerindən “Neftçi” açıqlaması

Reziuan Mirzovun meneceri Aleksandr Klyuev müştərisinin “Neftçi”yə transferini dəyərləndirib. Newsport.az xəbər verir ki, agent iki amilin həlledici rol oynadığını bildirib.
 
Onun sözlərinə görə, “Neftçi”nin həm böyük klub olması, həm də Mirzovla yaxından maraqlanması yarımmüdafiəçinin seçiminə təsir edib:
 
“Neftçi” ənənələri olan yaxşı klubdu. Reziuana ən çox marağı onlar göstərdilər. Çempionluq, avrokuboklar uğrunda mübarizə aparırlar. Komandanın yaxşı infrastrukturu və futbol oynamaq üçün şəraiti var”.
 
Qeyd edək ki, Reziuan Mirzov “Neftçi” ilə birillik müqavilə imzalayıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right