De Byazinin tərcüməçisi Belçika millisinin ulduzunun Bakıya gəlməsinə sevinir

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin tərcüməçisi Belçika millisinin ulduz futbolçusu Romelu Lukakunun Bakıya gəlməsinə sevinir.

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis bunu “SKY Sport”a açıqlamasında deyib.

O bildirib ki, AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçirəcəkləri oyunda Lukakunun start heyətində meydana çıxacağını gözləyir: “Lukakunun bizimlə matçda ilk dəqiqələrdən meydanda olacağını düşünürəm. Texniki zonamızda oturan tərcüməçim “Roma”nın böyük fanatıdır. O, Lukakunun Bakıya gəlməsinə sevinir”.

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Belçika qarşılaşması saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right