"Kəpəz" qanalı yarımmüdafiəçi Ezekiel Morqanı heyətinə cəlb edib.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. Onun sonuncu klubu vətənində "Tudu Mayti Gets" olub.
Morqan mövsümün sonuna kimi 1-ci Liqa təmsilçisi "İmişli"yə icarəyə verilib.