Şahruddin Məhəmmədəliyev Türkiyə klubunda?

Azərbaycan milli komandası və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

29 yaşlı qolkiperin Superliqa təmsilçisi “Adana Dəmirspor” klubu ilə 2+1 illik müqavilə bağladığı qeyd olunub.

Bildirilib ki, Türkiyə klubu keçid üçün "atlılar"a təzminat ödəməyəcək. Şahruddin Türkiyədə yerli futbolçu statusu ilə çıxış edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right