"Xəzər Lənkəran”dan ayrılan futbolçu rəsmən “Kəpəz”də!

“Kəpəz” PFK heyətini daha bir futbolçu ilə gücləndirib. 

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi “Xəzər Lənkəran”dan Rəşad Eyyubovu heyətinə qatıb. 23 yaşlı hücumçu ilə bir illik müqavilə bağlanılıb.

Eyyubov artıq iki gündür ki, “sarı-göylər”in düşərgəsindədir və komandanın məşqlərində iştirak edir.

Odessa futbol məktəbinin yetirməsi olan futbolçu ölkəmizə 2011-ci ildə təşrif buyurub. Onun Azərbaycanda ilk klubu “Simurq” olub. Rəşad müxtəlif yaş qrupları üzrə yığma komandaların da formasını geyinib. Gənc hücumçu ötən mövsüm göstərdiyi oyunla əsas millinin baş məşqçisi Robert Prosineçkinin də diqqətini cəlb edərək yığmaya dəvət alıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right