"Neftçi" rusiyalı futbolçu Reziuan Mirzovun keçidini rəsmiləşdirib.
Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Hələlik 30 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Neftçi” Mirzovun karyerasında ilk əcnəbi klubdur. Nalçik "Spartak"ının yetirməsi olan futbolçu Moskvanın "Torpedo", Tulanın "Arsenal", Moskvanın "Spartak" və "Ximki" kimi klublarda oynayıb.
Xatırladaq ki, R.Mirzovun adı "Sabah"la da hallanırdı.
Qeyd edək ki, "Neftçi" bu yay Emil Balayev, Filip Ozobiç, Adrian Mutu (baş məşqçi), Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Samuel Olanare, Dieqo Valdezi də transfer edib.