“Neftçi” yoxlama görüşü keçirəcək

Premyer Liqada yaranmış fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplanışına başlayan “Neftçi” yoxlama görüşü keçirəcək.

Newsport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, sentyabrın 9-da Bakıya qayıdacaq paytaxt komandası elitanın digər təmsilçisi “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Sentyabrın 16-da “Dalğa Arena”da təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” Premyer Liqada 5 turdan sonra 8 xalla üçüncü, “Araz-Naxçıvan” isə 7 xalla yeddinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right