“Qarabağ”ın rəqibi aparıcı hücumçusunu satıb

“Qarabağ”ın UEFA Avropa Liqasında rəqiblərindən olan İsveç klubu “Hakken” aparıcı futbolçusu İbrahim Sadiqi satıb.

Newsport.az-ın Niderland mətbuatına istinadən məlumatına görə, 23 yaşlı hücumçu adıçəkilən ölkənin AZ klubuna keçib.

Alkmaar təmsilçisi “transfer pəncərəsi”nin son günündə qanalı forvardın keçidini rəsmiləşdirib. “Hakken” bu satışdan 4 milyon avro gəlir əldə edib. Oyunçu yeni komandası ilə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, “Hakken” Avropa Liqasının qrup mərhələsindəki ilk oyununu sentyabrın 21-də Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcək. İsveç təmsilçisi II tur çərçivəsində oktyabrın 5-də “Qarabağ”ı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right