"Qarabağ" klubunun legioner futbolçuları milli komandalara dəvət alıblar.
Ağdam təmsilçisindən Newsport.az-a verilən məlumata görə, monteneqrolu Marko Yankoviç sentyabrın 7-də Litvaya, üç gün sonra Bolqarıstana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunları üçün yığmaya cəlb edilib.
Leandro Andrade isə Kabo-Verde millisinə çağırılıb. O, sentyabrın 10-da Toqo yığmasına qarşı Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşü üçün dəvət alıb.
Qeyd edək ki, daha əvvəl qapıçı Luka Quqeşaşvili Gürcüstan yığmasından dəvət almışdı.