Rusiya mətbuatı "Qarabağ"ın qolkiperi haqda: "Bayer"lə hesablaşmaq imkanı var"

Rusiyada bu mövsüm avrokubokların qrup mərhələsində iştirak edəcək yerli futbolçularla bağlı məlumat verilərkən, “Qarabağ”ın qapıçısı Andrey Lunyovo da yer ayırıblar.

Newsport.az-ın məlumatına görə, "Петербургский дневник" portalı Ağdam klubunun qolkiperi haqda bunları yazıb:

"Zenit"də çıxış etmiş Andrey Lunyov "Qarabağ"la müqavilə imzaladığı üçün Avropa futboluna vəsiqəni əldə edib. Onun komandası iki təsnifat mərhələsini keçərək Avropa Liqasının qrupuna düşüb. Taleyin ironiyası: “Qarabağ”ın dördlükdəki rəqiblərindən biri də Almaniyanın “Bayer” klubudur. Hansı ki, Lunyov məhz bu yaxınlara qədər həmin komandanın qapısını qorumağa çalışırdı. Amma bu, onda alınmadı. İndi isə onun həmin komanda ilə hesablaşmaq imkanı var".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right