Azərbaycan millisinin sentyabrda keçirəcəyi oyunlarla əlaqədar Premyer Liqada fasilə yaranıb. Newsport.az xəbər verir ki, bundan yararlanan “Araz-Naxçıvan” yoxlama görüşü keçirəcək.
Üç günlük istirahətə buraxılan Naxçıvan təmsilçisi ayın 7-də toplaşaraq, Qəbələyə gedəcək. Komanda ayın 11-dək məşqlərini orada keçəcək. Toplanış çərçivəsində “Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Qeyd edək ki, Abdulla Rzayev və Mirəli Əhmədov U-21-in, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollanıblar. Bu üzdən onlar hazırlıq prosesində iştirak etməyəcəklər.