Byazi milliyə 26 futbolçu çağırdı

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və yoldaşlıq görüşündə İordaniya ilə keçirəcəyi oyun üçün heyəti müəyyənləşib. Newsport.az xəbər verir ki, baş məşqçi Canni De Byazi 26 futbolçuya dəvət göndərib.
 
Ramil Şeydayev İordaniya ilə qarşılaşmada məşqçilər korpusunun sərəncamında olmayacaq. Çünki hücumçu klubu “Buriram Yunayted”in Asiya Çempionlar Liqasındakı iştirakı ilə əlaqədar Belçika ilə matçdan sonra düşərgəni tərk etmək istədiyini bildirib və bu istəyi müsbət qarşılanıb.
 
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Yusif İmanov (“Sabah”), Səlahət Ağayev (“Səbail”)
 
Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqqverdi (“Neftçi”), Yusif Nəbiyev (“Səbail”), Elvin Bədəlov (“Sumqayıt”), Qismət Alıyev (“Zirə”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə)
 
Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Emin Mahmudov, Filip Ozobiç (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Rüstəm Əhmədzadə (“Zirə”), Coşqun Diniyev (“Umraniyespor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland)
 
Hücumçular: Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tailand), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə).
 
Qeyd edək ki, millimiz sentyabrın 9-da Belçika, 12-də İordaniya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma “Dalğa Arena”da olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right