"Millidən dəvət gözləyirəm" - Rəşad Əzizli

"Qəbələ"nin qapçısı Rəşad Əzizli "Zirə" ilə oyundan sonra Newsport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına müsahibə verib.

Əzizli komandasının 5-ci turdakı qələbəsini şərh edib:

"Omoniya" ilə görüşdən sonra özümüzə gələ bilmirdik. "Qara zolaq"daydıq. Komandada eyni oyunçular idi. Sadəcə oyun alınmırdı. Bəlkə də "Omoniya"ya məğlubiyyətin təsiri idi ki, uğursuzluq oldu, həvəsdən sanki düşmə oldu. Amma yenə toparlandıq. Qabaqda xeyli oyun var. Toparlandıq və "Zirə" matçını çıxardıq. Hazırlığım yavaş-yavaş gedirdi. Elmar Baxşıyev də onu gözləyirdi ki ,tam formamı bərpa edim. Adım siyahıda olsa da, əlavə məşqlər edirdim ki, formamı tam bərpa edim. Baş məşqçi şans verdi, mən də onu dəyərləndirdim".

- Qarşıdakı matçlarda yenə start heyətində şans gözləyirsən?
- Baş məşqçinin verəcəyi qərardır. Nə desə, hörmətlə yanaşıram.
- Dörd məğlubiyyətdən sonra bu qələbə komandadaxili ab-havaya necə təsir edəcək?
- Təbii ki, ancaq xoş. Bundan sonra da ardını gətirmək lazımdır ki, ən azından dördlüy uğrunda mübarizəyə girək, avrokuboklara gedək. Məncə, davamını gətirə biləcəyik. 
- Sabah milli komandanın heyəti açıqlanacaq.Bununla bağlə nə deyəcəksən?
- Açığı dəvət gözləyirəm. "Şamaxı"da oynayanda da gözlədim. Bir il oynadım, dəvət gözlədim. Yenə də gözləyirəm, özümü milliyə hazır hesab edirəm. Amma baş məşqçinin qərarı vacibdir. İstənilən halda, fikrinə hörmətlə yanaşıram. 
- İlk turlarda meydana çıxmamağın buna təsir edə bilər?
- Oynamasam da belə, o yaşım deyil ki, təcrübəsizliyim var. Hər an meydana çıxsam, oynamağa, özümü göstərməyə hazıram. Çox istəyərdim ki, milliyə dəvət etsinlər və özümü göstərim.
Hacı Mərdan/Qəbələ




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right